Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Hazırda oxunan: Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

641285

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Nazirlə Kabineti bununla bağlı “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda müvafiq dəyişiklik edib.

Hazırda Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin