Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

Hazırda oxunan: Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

641328

Bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiq edilib. Yeni qərarla Reqlamentdə əhatə olunmayan və oyuncaq sayılmayan malların siyahısı müəyyən edilib. Maraqlıdır ki, bu siyahıda bu günə qədər oyuncaq bildiyimiz, eləcə də istər şifahi, istərsə də yazılı ədəbiyyatda oyuncaq adlandırdığımız əşyalara indi bu siyahıdan çıxarılıb.

Sual yaranır ki,  o zaman “yolka oyuncağı”, “oyuncaq tapança”, “dekorativ oyuncaqlar” və s. dediyimiz sözlər dəyişdirildikdə lüğətlərdə də bu sözlərin dəyişilməsinə ehtiyac varmı?

Sualımıza cavablandıran millət vəkili, dilçi alim Nizami Cəfərov Bizim.Media-ya bildirib ki, ümumiyyətlə sözlər izahlı, terminoloji və ümumi lüğətlərə daxil edilir:
 

MÖVZU İLƏ BAĞLI:

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR


Bu, dildə mövcud olan sözlərin ümumi həcmini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Lakin zaman keçdikcə müəyyən əşyalar istifadədən çıxarsa, onların adları da tədricən unudulmağa və ya aktiv leksikadan çıxmağa başlayır. Belə sözlər isə əsasən arxaik, yəni köhnəlmiş sözlər lüğətlərində öz əksini tapır.

“Ancaq bu məsələdə tələsmək olmaz. Çünki elə əşyalar və oyuncaqlar var ki, müəyyən müddət istifadədən çıxsa da, sonradan yenidən gündəlik həyata qayıda bilər. Məsələn, bəzi dekorativ gəlinciklər və oyuncaq tapança kimi əşyaların istifadəsi məhdudlaşdırılsa belə, onların adlarının dildən tamamilə silinəcəyini söyləmək olmaz. Üstəlik, gəlincik və tapança anlayışları yalnız uşaqlarla əlaqəli deyil. Bunlar cəmiyyətdə daha geniş məna daşıyan sözlərdir. Məsələn, tapança dedikdə ilk növbədə oyuncaq deyil, silah növü nəzərdə tutulur.

Bu sözün müxtəlif mənaları və istifadə sahələri var. Buna görə də həmin sözlər lüğətlərdə qalmaqda davam edəcək”.
 

Akademik əlavə etdi ki, ümumiyyətlə, bir sözün lüğətdə yer alması onun işlənmə tezliyi və istifadə sahəsi ilə bağlıdır. Söz həm uşaqlar, həm də böyüklər tərəfindən istifadə edilə bilər. Məsələn, top oyununu həm uşaqlar, həm də böyüklər oynayırlar. Əgər müəyyən bir oyuncaq uşaqlar üçün qadağan edilərsə, bu, həmin əşyanın adının dildən çıxması demək deyil.


“Hər hansı söz artıq gündəlik nitqdə işlənməsə belə, bədii əsərlərdə, tarixi mətnlərdə və xatirə xarakterli yazılarda yaşamağa davam edə bilər. Bu da dilin özünəməxsus xüsusiyyətlərindən biridir. Sözün yaşaması yalnız onun ifadə etdiyi əşyanın mövcudluğundan asılı deyil. Deməli, sözlə əşya arasındakı əlaqə müəyyən mənada şərtidir: əşya istifadədən çıxsa da, onun adı dildə uzun müddət qala bilər” - deyə o vurğuladı.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin