Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Hazırda oxunan: Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

641269

Tayland Kraliçası Suthida Vajiralongkorn ilk dəfə “JAS 39C Gripen” qırıcı təyyarəsində təkbaşına uçuş həyata keçirib.
 
Bizim.Media xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.
 
Məlumata görə, nümayiş uçuşu Surat Thani əyalətindəki Tayland Kral Hərbi Hava Qüvvələrinin bazasında baş tutub.
 
Uçuşdan əvvəl Kraliça simulyatorda məşq edib və sonra təlimatçı ilə bir neçə dəfə uçub. Onun müxtəlif təyyarə növlərində ümumi uçuş müddəti 1200 saata yaxınlaşır. Suthida Vajiralongkorn “Cessna” yüngül təyyarələrini və “Boeing 737” sərnişin təyyarələrini idarə edib. Gripen təyyarəsini təkbaşına idarə etdikdən sonra Taylandda bu qırıcı təyyarəni idarə edən ilk qadın olub.
 

Kral Maha Vajiralongkorn uçuşu yerdən izləyib. Enişdən sonra həyat yoldaşını gül dəstəsi və xüsusi qızıl nişanla qarşılayıb. Yerli media xəbər verir ki, bu nişan “Gripen” qırıcı təyyarələrində təlim keçmiş pilotlara verilir.


Qeyd edək ki, Tayland kral ailəsi artıq təyyarə idarəetməsindəki təcrübələrini nümayiş etdirib. 2025-ci ildə cütlük birlikdə Butana uçub və çətin uçuş və eniş şərtləri ilə tanınan Paro hava limanında təyyarəni endirib.
 
 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin