Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Hazırda oxunan: Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

641345

Bakıda alıcının marketdən aldığı qoz xarab çıxıb. Hadisə Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 78 nömrəli “Rahat” marketdə baş verib.

Bu barədə Bizim.Media-ya müraciət edən alıcının sözlərinə görə, qəbzdə “təzə qoz” kimi qeyd olunan məhsulun bir qisminin içi xarab çıxıb.
 
Məsələ ilə bağlı “Rahat” supermarketlər şəbəkəsinin mətbuat katibi Kənan Şirinov Bizim.Media-ya açıqlamasında belə bir halın öncədən də yaşandığını bildirib:

"Daha əvvəl də mağaza əməkdaşları məhsulun keyfiyyətində olan problemlə qarşılaşıb və xəbərdarlıq ediblər.Məhsulları təhvil alarkən baxılıb, keyfiyyət yoxlanılıb. Ancaq sonra yenidən məhsul gəldikdə aralarında köhnə qozlar olub".
 
Açıqlamada bildirilib ki, sözügedən qozların tədarükçüsü ilə market arasında danışıq aparılıb və əməkdaşlıq dayandırılıb.
 
"Bu qozlar satışdan çıxarılıb. Məhsulların geri qaytarılması təmin edilir. Bu halla bağlı alıcılardan üzr istəyirik", - deyə qeyd edilib.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin