Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Hazırda oxunan: Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

641361

Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və  Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin