AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

Hazırda oxunan: AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

641301

5–7 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Cyber Security Summit - Central Eurasia 2026”da AKTA  nümayəndə heyəti iştirak edib.

Bizim.Media xəbər verir ki, AKTA-nı tədbirdə İcraçı direktor Rauf Cabarov və Baş katib Fidan Əhmədova təmsil ediblər.

Həmçinin, tədbirdə AKTA-nın qızıl üzvləri “Cybersign” və “Megasec” şirkətləri də yer alıb.
 

“Megasec” tədbirdə öz stendi ilə təmsil olunub. Tədbir çərçivəsində Huawei şirkətinin nümayəndəsi, AKTA eksperti Cavid Şahmuradov təqdimatla çıxış edib.


Səfər çərçivəsində AKTA nümayəndələri “Cyber Park”ın nümayəndələri ilə görüş keçiriblər. Görüşdə təşkilatlar arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və kibertəhlükəsizlik ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin, AKTA üzv şirkətlərinin Özbəkistan bazarına çıxış imkanları, beynəlxalq tədbir və sərgilərdə iştirakı, B2B əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Özbəkistan İT Təhsil Assosiasiyası ilə görüş keçirilib. Görüşdə İT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil və kadr hazırlığı üzrə təcrübə mübadiləsi, birgə təlim və layihələrin təşkili, eləcə də iki ölkənin mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, AKTA nümayəndələri Özbəkistan Süni İntellekt Assosiasiyası və Özbəkistan Kibertəhlükəsizlik Universiteti ilə müzakirələr aparıblar.
 

Tədbirdə Gürcüstan Rəqəmsal İdarəetmə Agentliyinin sədr müavini Nino Gozalishvili ilə görüş mümkün olub. Həmçinin, AKTA Məşvərət Şurasının üzvü, Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru Corey Deng ilə AKTA və Huawei arasında mövcud əməkdaşlıq çərçivəsində süni intellektin  təhlükəsizliyi üzrə “ağ sənəd”in hazırlanması razılaşdırılıb.


“Cyber Security Summit - Central Eurasia 2026” tədbiri və səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Özbəkistan arasında kibertəhlükəsizlik və İT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, AKTA üzv şirkətləri üçün yeni regional imkanların yaradılması və peşəkar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub. Xüsusi vurğulayaq ki, Sammit çərçivəsində keçirilən “CYBERKENT 4.0” beynəlxalq kibertəhlükəsizlik yarışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət Blue Team komandası 3-cü yeri qazanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin