Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

641300

Sosial şəbəkələrdə şagirdlərin dərsdən 7 gündən çox yayınmasına görə valideynlərinin 100 manat məbləğində cərimələnəcəyi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məsuliyyətin artırılması məqsədilə qanunvericilikdə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə valideynlər və ya onları əvəz edən şəxslər üçün müvafiq məsuliyyət nəzərdə tutulub:
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ


“Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir və dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması, eləcə də bu kimi halların qarşısının alınması üçün lazımi tədbirlər görür. Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq müvafiq qanunvericilikdə öz əksini tapıb. Belə ki,  övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilib”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, şagirdlərin dərsə davamiyyəti təhsil müəssisələri tərəfindən daim nəzarətdə saxlanılır:
 

Şagird dərsdən yayındıqda ilk növbədə qanuni nümayəndə (valideyn) ilə profilaktik iş aparılır. Aparılan işlərə baxmayaraq şagirdin dərsə davamiyyəti təmin edilməzsə, məsələ barədə müvafiq yerli təhsil bölməsinə məlumat verilir. Şagirdin təhsildən yayınması davam etdikdə isə aidiyyəti üzrə rayon və ya şəhər icra hakimiyyətinə, eləcə də hüquq-mühafizə orqanlarına rəsmi məlumat təqdim olunur.


Məlumat üçün bildirək ki, icbari ümumi orta təhsil üzrə şagirdin bir ay ərzində üzrlü səbəb olmadan 7 gündən çox dərs buraxmasına görə valideynə və ya qanuni nümayəndəyə 100 manat cərimə tətbiqi haqda qaubda hər hansı müddəa yoxdur.
 
Ayşəm Rüstəmli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin