Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Hazırda oxunan: Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

641326

Qırğızıstan Prezidenti Sadır Japarov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarını 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək “Bişkek+25” - İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət edib.

Bizim.Media xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bu barədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

O, turizm sahəsində əməkdaşlığın perspektivlərinə və dağlıq ərazilərin inkişafına toxunub.
 

Dövlət başçısı, həmçinin MDB-nin himayəsi altında mədəni-humanitar əməkdaşlıq çərçivəsində 2028-ci ildə 100 illiyi qeyd ediləcək görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yubileyinə həsr olunmuş birgə tədbirlərin keçirilməsini təklif edib.


Çıxışının sonunda Sadır Japarov Qırğızıstanın bundan sonra da MDB-nin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin