“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

Hazırda oxunan: “Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

641342

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb.

"Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olması ən vacibdir və onu xoşbəxt eləyir.
 

Bu, dost, həyat yoldaşı, sevgili ola bilər. Bəzən birgə adımlayırıq, amma bir də dönüb geriyə baxanda görürük ki, güvəndiyimiz insan heç arxamızda da deyilmiş, başqa bir yolla gedirmiş. Biz elə hesab eləmişik ki, o bizim yanımızdadır. Ona görə də qadını rahatlaşdıran və xoşbəxt eləyən onun güvəndə olmaq hissidir. 


Övladları tərəfindən də güvəndə ola bilər. Bunun qədər qadını xoşbəxt edən və rahatlaşdıran ikinci hissi mən tanımıram" deyə, Lalə Məmmədova bildirib. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin