Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Hazırda oxunan: Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

625737

Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan nümayəndə heyəti Belarusun Silahlı Qüvvələrinin aviabazasını, eləcə də əlahiddə desant-hücum briqadasını ziyarət edib. Burada Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.
 

Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.


Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Minsk şəhərində yerləşən Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin