İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

625403

“Azərbaycan xalqı və dövləti əziz miras olan "Bir millət iki dövlət" prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Demokratiya və Milli Birlik Günü" ilə bağlı məktubunda deyilir:

"Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi. Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin