Medvedevdən Paşinyana XƏBƏRDARLIQ – “Xalq onu Makronun yanına qovacaq” – VİDEO

Hazırda oxunan: Medvedevdən Paşinyana XƏBƏRDARLIQ – “Xalq onu Makronun yanına qovacaq” – VİDEO

615000

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətini tənqid edib. 

Bizim.Media xəbər verir ki, Medvedev “Max” platformasındakı kanalında bu barədə yazıb.

O bildirib ki, İrəvan həm Avrasiya İqtisadi İttifaqına üzvlüyün (Aİİ) üstünlüklərini saxlamağa, həm də Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə çalışır:

“Lakin iki stul arasında oturmağa çalışan adam sonda ağır şəkildə yerə düşə bilər. Ermənistan hakimiyyəti Avropa ilə münasibətləri dərinləşdirsə belə, Rusiyadan qazın əvvəlki qiymətlərlə alınacağını düşünür. Hazırda Rusiya Ermənistana qazı min kubmetr üçün 177,5 dollar qiymətinə satır, halbuki Avropada birja qiymətləri 2026-cı ilin mayında 570–590 dollar arasında dəyişib”.


Medvedev əlavə edib ki, Ermənistanda qazın Avropa qiymətləri ilə satılması əhali arasında ciddi narazılıq yarada və bu, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilər:

“Hamıya aydındır ki, əgər Avropa yanacaq qiymətlərinə keçsələr, xalq bu oğlanı (Paşinyanı nəzərdə tutur) əsəbi şəkildə uzaqlaşdırıb, birbaşa Parisdəki sevimli dostu Makronun yanına qovacaq. Məhz bu səbəbdən də hazırda hər kəsin xoşuna gəlmək üçün hər tərəfə qıvranmaq məcburiyyətində qalıblar. Lakin real dünyada belə şeylər baş vermir”, - deyə Medvedev bildirib.

Qeyd edək ki, Medvedevdən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Paşinyanın Rusiya ilə bağlı siyasətini “qeyri-dost addım” adlandırıb. Volodin bildirib ki, Moskva Ermənistana qazı zərərlə satır və İrəvan Rusiyanın təqdim etdiyi imkanlardan istifadə edir.

Xatırladaq ki, son dövrlərdə Paşinyana qarşı yalnız xaricdən deyil, daxili auditoriya tərəfindən də ciddi tənqidlər səsləndirilir.

Xüsusilə də, o seçki kampaniyasındakı davranışları səbəbindən gülüş hədəfinə çevrilib. Belə ki, Ermənistan baş naziri əlində meqafonla küçələrdə qaçır, qəribə hərəkətlər edir. Paşinyan küçədə ona irad bildirib, tənqid edənlərin üstünə qışqırmaqdan, təhqirlər etməkdən belə çəkinmir.

Göründüyü kimi, seçkiöncəsi açıqlamaları və davranışları səbəbindən Nikol Paşinyan həm xarici əlaqələrdə, həm də daxili auditoriya qarşısında özünü tənqid hədəfinə çevirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin