Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində Bizim.Media-nın masasında tədqiqatçı, publisist, yazar və şair Məlahət İsmayılqızı oxucularla görüşüb və yaradıcılığı barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
“Bəzi yazarların 60 ilə etdiyini o...” – Bayram Aşıqlının imza günü keçirildi - FOTO
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllif “Qızıl Qələm” media mükafatı, Həsən bəy Zərdabi adına diplom və Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Fəxri Diplom”u ilə təltif olunub.
Məlahət İsmayılqızı həmçinin “Aşıq Ələsgər 200 yubiley medalı”na layiq görülüb.
Müəllif yaradıcılığında əsasən vətənpərvərlik, vətən həsrəti, xüsusilə də Cənubi Azərbaycan mövzularına və fəlsəfi düşüncələrə yer verir. O, publisistik yazıları ilə də oxucuların diqqətini cəlb edir.
Qeyd edək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.
Xədicə Paşayeva, İntiqam İbrahimov Bizim.Media

































































































