SEPAH: “Hörmüz boğazından 25 gəmi keçib”

Hazırda oxunan: SEPAH: “Hörmüz boğazından 25 gəmi keçib”

614980

Bu gün SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 25 ticarət, yük və neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 
 

Bildirilib ki, gəmilər SEPAH qüvvələri ilə “icazə və koordinasiya” əldə etdikdən sonra təhlükəsiz şəkildə keçid həyata keçiriblər.


Bəyanatda Hörmüz boğazında “ağıllı nəzarətin” tam şəkildə davam etdiyi iddia olunub.

SEPAH keçən gəmilərin mənşə və təyinat ölkələri barədə məlumat verməyib, həmçinin keçid prosesinin detalları və mümkün rüsum və ya prosedurlarla bağlı açıqlama yaymayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin