Əliəkbər Şirvaninin kitabları maraqla qarşılandı

Hazırda oxunan: Əliəkbər Şirvaninin kitabları maraqla qarşılandı

614974

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində rəssam-şair Əliəkbər Şirvani oxucularla görüşüb və yaradıcılığı ilə bağlı təqdimat keçirib.

Bizim.Media xəbər verir ki, müəllif antologiya tərtibçisi və şair kimi fəaliyyət göstərir. O, heca və əruz vəznlərində qəzəlləri həm yazan, həm də toplayan yaradıcı qələm sahibidir.
 

MÖVZU İLƏ BAĞLI: 

Səməd Vurğun yaradıcılığı və Dədə Qorqud dastanı yeni baxışda - FOTO

Ə. Şirvani həmçinin “Şirvani Səsi” qrupunun rəhbəridir.

Onun yaradıcılığında qəhrəmanlıq, vətənpərvərlik, ölkənin gözəllikləri və milli-mənəvi dəyərlər əsas mövzulardandır.

Festival çərçivəsində müəllifin müxtəlif mövzularda qələmə aldığı şeirlər və antologiya materialları oxuculara təqdim olunub.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin