=“Gül dəftəri” adlı ədəbi-bədii tədbir Özbəkistan və Türkmənistan ədəbiyyatının iki həssas şairəsi — Nadirə Bəyim və Annasoltan Kekilovanın xatirəsinə həsr olundu.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, tədbirdə onların yaradıcılığı, keşməkeşli həyat yolu və qadın şair kimi yaşadıqları çətinliklərdən geniş bəhs edildi.
Tədbirin moderatoru şairə Narıngül Nadir iştirakçıların diqqətinə çatdırıb ki, hər iki sənətkar feodal düşüncəsinin və qadın yaradıcılığına maneələrin hökm sürdüyü ağır tarixi dövrdə yaşayıb-yaradıblar.
Buna baxmayaraq, onlar öz poeziyaları ilə gələcək nəsillərə zəngin və dəyərli ədəbi irs miras qoyublar. Moderator qeyd etdi ki, hər iki şairənin vaxtsız və faciəli ölümü onların taleyindəki dərin kədəri və həyat mübarizəsini əks etdirir.
Tədbirdə Aysel Nəsirzadə, Aysel Xanlarqızı, Xəyalə Sevil, Müşfiqə Baləddinqızı şeirlər səsləndirdilər. Bədii qiraət tədbiri yalnız bir xatirə tədbiri deyil, həm də qadın sözünün tarix boyunca keçdiyi çətin yolların, susdurulmaq istənilən duyğuların və poeziyanın zamana qalib gələn gücünün ifadəsi kimi yadda qaldı.

Şəfiqə Şəfa, İntiqam İbrahimov Bizim Media

































































































