Yazıçı-şair Sevil Azadqızının kitabları oxuculara təqdim olundu - FOTO

Hazırda oxunan: Yazıçı-şair Sevil Azadqızının kitabları oxuculara təqdim olundu - FOTO

614927

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində Bizin.Media-nın masasında yazıçı və ədəbi təhlilçi Sevil Azadqızı oxucularla görüşərək kitablarının təqdimatını keçirdi.

Bizim.Media xəbər verir ki, 10 kitabın müəllifi olan yazıçı-şair Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
 

MÖVZU İLƏ BAĞLI: Festivalın ilk günü belə yekunlaşdı - VİDEO


Sevil Azadqızı yaradıcılığında əsasən şeir və esse janrlarına üstünlük verir. Onun əsərlərində qəhrəmanlıq, fəlsəfi düşüncə, milli-mənəvi dəyərlər və müxtəlif həyat mövzuları yer alır.

Festivalda müəllifin son kitabı olan “Sözün insan taleyində rolu” ilə yanaşı "Ömrün Payız fəsli", "Mən bu dünyada qərib kimiyəm", "Şamil Ənvəroğlu yaradıcılığının fəlsəfi duyumu" kitabları da oxuculara təqdim olunub.

Bildirilib ki, müəllifin ədəbi təhlil istiqamətində hazırlanan “Səlim Babullaoğlu yaradıcılığının mahiyyəti” adlı 11-ci kitabı da yaxın zamanda işıq üzü görəcək.

Dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Sevil Azadqızı milli-mənəvi dəyərlərlə bağlı əsərlər də qələmə alır. Müəllifin “Əxlaq insanın görünməyən libasıdır” kitabı da oxucular tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin