Məhəmmədhüseyn Şəhriyar -120" illiyi, Tofiq Bayramın şair ömrü - GÜNÜN YEKUNU - FOTO/VİDEO

Hazırda oxunan: Məhəmmədhüseyn Şəhriyar -120" illiyi, Tofiq Bayramın şair ömrü - GÜNÜN YEKUNU - FOTO/VİDEO

614996

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirildi.
 

MÖVZU İLƏ BAĞLI: 

Gənc şair Rəşid Nəsirzadə festivalda yaradıcılığı ilə diqqət çəkdi


Bizim.Media xəbər verir ki, tədbirin moderatoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, Esmira Fuad böyük Azərbaycan şairinin yaradıcılığı, xüsusilə də türk dünyasında geniş şöhrət qazanan “Heydərbabaya salam” poemasının ədəbi-fəlsəfi mahiyyətindən danışdı.

Qeyd etdi ki, Güney Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən sayılan Şəhriyar ana dilinə bağlılığı, türkçülük düşüncəsi və milli kimlik ideyalarını poeziyada yüksək sənətkarlıqla ifadə edən sənətkar kimi yad edilir. Onun “Heydərbabaya salam” əsəri təkcə bir poema deyil, həm də Azərbaycan türklərinin milli yaddaşını, vətən sevgisini və mənəvi köklərini yaşadan poetik abidə kimi dəyərləndirilir.
 

Çıxışçılar sırasında filologiya elmləri Kəbutər Haqverdi Şəhriyarın Güney Azərbaycan poeziyasında yaratdığı yeni ədəbi mərhələ, onun ümumtürk ədəbiyyatındakı mövqeyi və milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu xüsusi vurğuladı.


Festivalın 2-ci günü konsert proqramı ilə yekunlaşdı. Musiqili gecədə Azərbaycan və türk dünyasının sevilən nəğmələri səsləndirildi.

Yay kinoteatrında isə "Şair ömrü" adlı sənədli filmi nümayiş olundu. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Tofiq Bayramın həyat və yaradıcılığından bəhs edən ekran işinin ssenari müəllifi Günel Mehri, quruluşçu rejissoru isə Ruslan Hüseyndir.






Şəfiqə Şəfa, İntiqam İbrahimov Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin