QHT agentliyinin pavilyonunda keçirilən sərgi və tədbirdən FOTOLAR

Hazırda oxunan: QHT agentliyinin pavilyonunda keçirilən sərgi və tədbirdən FOTOLAR

614995

“Şəhərlər və gözdən əlillər üçün müyəssərlik problemləri” adlı sərgi açılıb.

2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyinin “Şəhərlər və gözdən əlillər üçün müyəssərlik problemləri” adlı sərgi açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

























Agentlik qeyd edib ki, həmin tarixdə “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Qan Donorları Assosiasiyası tərəfindən “İnklüziv şəhər: hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir də baş tutub.

Tədbirdə sağlamlıq imkanları məhdud şəxslər üçün şəhər mühitində əlçatanlığın təmin olunması, inklüziv və təhlükəsiz infrastrukturun qurulması, eləcə də onların sosial həyata fəal inteqrasiyası məsələləri müzakirə olunub. İnklüziv şəhər mühitinin əhəmiyyəti barədə təqdimatlar edilib, müzakirələr aparılıb.

Bildirilib ki, tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin