Vüsalə Vətənxan Mehri festivalda yaradıcılığı ilə diqqət çəkdi

Hazırda oxunan: Vüsalə Vətənxan Mehri festivalda yaradıcılığı ilə diqqət çəkdi

614970

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində gənc publisist Vüsalə Vətənxan Mehri oxucularla görüşüb və yaradıcılığı haqqında məlumat verib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif klassik üslubda yazdığı əsərləri və qəzəlləri ilə tanınır.
 

MÖVZU İLƏ BAĞLI: 

“Əsgərlərimizdən müsahibə alanda göz yaşlarımı saxlaya bilmirdim” – Sübhan Abasbəyli


Ssenarist kimi də fəaliyyət göstərən Vüsalə Vətənxan Mehri hekayə və monoloq müəllifidir.

O, həmçinin elmi sahədə də fəaliyyət göstərir. Gənc müəllifin 8 antologiyası işıq üzü görüb.

V. Vətənxan Mehri Nəsimi Festivalının qaliblərindən biridir. O, həmçinin Leyla xanım Əliyeva tərəfindən diplomla təltif olunub.

Festival iştirakçıları gənc yazarın yaradıcılığına maraq göstərib, onun elmi fəaliyyət ilə yanaşı klassik poeziyaya yanaşmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində gənc müəlliflərin yaradıcılığına da geniş yer verilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin