İtaliyanın Baş naziri Corcia Meloni bu gün Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Il Sole 24 Ore Radiocor agentliyi məlumat yayıb.
Meloni mayın 4-də əvvəlcə Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin VIII sammitində iştirak edəcək. Daha sonra isə həmin gün Bakıya səfər edəcək.
İtaliya mətbuatı qeyd edir ki, səfər əvvəlcə iki ayrı günə planlaşdırılmışdı: Ermənistan səfəri mayın 4-nə, Azərbaycan səfəri isə mayın 5-nə nəzərdə tutulmuşdu. Lakin İtaliya hökumətinin yenilənmiş gündəliyinə əsasən, Meloninin Azərbaycana səfəri də mayın 4-də baş tutacaq.
Formiche.net nəşrinin yazdığına görə, Meloninin Bakı səfəri İtaliyanın Cənubi Qafqaz strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Nəşr bildirir ki, Azərbaycan Roma üçün regionda enerji, ticarət və sənaye baxımından əsas tərəfdaşlardan biridir.
Qeyd olunur ki, Bakı ilə münasibətlər İtaliya üçün yalnız enerji məsələsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanla əməkdaşlığı Avropa-Caspian enerji dəhlizləri, iqtisadi əlaqələr və regional təsir baxımından da mühüm hesab edir.
Bizim.Media
































































































