Meloni yaxın günlərdə Bakıya gələcək

Hazırda oxunan: Meloni yaxın günlərdə Bakıya gələcək

610732

"Giorgia Meloni yaxın günlərdə Bakıya səfər edəcək. Bu, onun Əlcəzair və Fars Körfəzi ölkələrini əhatə edən “enerji turu”nun növbəti mərhələsidir".

Bizim.Media xəbər verir ki, bunu "Formiche.net" nəşrinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Əmirbəyovun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz boğazı böhranından sonra daha da aydın görünür.

Bundan əlavə o, bildirib ki, belə bir zamanda Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Cənub Qaz Dəhlizi artıq Avropa üçün əsas diversifikasiya marşrutlarından birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin