Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat paylaşıb.
"Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:06 / 24.04.2026
Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev çinli nazirlə görüşdü - FOTO
609186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































