Rusiyadan Britaniyaya CAVAB - diplomatlarını deportasiya edəcək

Hazırda oxunan: Rusiyadan Britaniyaya CAVAB - diplomatlarını deportasiya edəcək

217341
Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq ingilis diplomatlarını deportasiya edəcək.

Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib. O İngiltərə tərəfindən Rusiyanın günahlandırılmasını qəbul etməyib.Bu məsələnin anlaşılmaz olduğunu bildirib.

Lavrov ABŞ Prezidenti Donald Trump tərəfindən xarici işlər naziri olan Mike Pompeo ilə də işləməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, dünən parlamentdə çıxışı zamanı Britaniyanın baş naziri Tereza Mey 23 Rusiya diplomatının deportasiya ediləcəyini bildirib.

Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.

İngilis KİV-nin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən tutulur.

Dursun
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin