ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

Hazırda oxunan: ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

643210

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.

Bizim.Media bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub.

Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin