Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - FOTO

Hazırda oxunan: Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - FOTO

639027

Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış alim, türk millətçi baxışları və araşdırmaları ilə seçilən prof.dr. Səlahəddin (Selahattin) Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Dünəndən (srağagündən - red.) bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq.
 

İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən (Azərbaycan nümayəndə heyəti nəzərdə tutulur - red.) yalnız onu (bir nəfəri, Məqsəd Hüseynovu - red.) zalda saxlayıb, müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar.


Salonu tərk edən ölkələr də elə etmişlər. Üzr istəyirəm..." - professor qeyd edib. (Axar.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin