Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

Hazırda oxunan: Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

637053

Ermənistan Azərbaycan, İran və digər ölkələrdən qaz almağa hazırdır.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Onun sözlərinə görə, İrəvan bir ölkədən olan asılılığı digər dövlətlə əvəz etmək niyyətində deyil:
 

"Biz qazı mümkün olan hər yerdən almaq niyyətindəyik. Rusiya, Azərbaycan və İrandan qaz almağa hazırıq. Türkiyədən qaz almaq imkanı yaranarsa, ondan da alacağıq".


Rusiya qazının daha ucuz olması ilə bağlı suala cavabında Alen Simonyan qiymətin yalnız dollarla ölçülmədiyini deyib və qazın siyasi valyuta kimi istifadə edildiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin