Türkiyə bu şəxslər üçün viza qaydalarını sadələşdirəcək

Hazırda oxunan: Türkiyə bu şəxslər üçün viza qaydalarını sadələşdirəcək

623368

Türkiyə Böyük Millət Məclisi (TBMM) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının Antalyada keçiriləcək 31-ci sessiyasının (COP31) iştirakçıları üçün imtiyazlar və güzəştlər haqqında beynəlxalq saziş layihəsini nəzərdən keçirəcək.

Bizim.Media  Türkiyə mediasına istinadla xəbər verir ki, Ankara və BMT tərəfindən razılaşdırılmış sənəd artıq Türkiyə parlamentinə təqdim edilib, onun təsdiqlənməsi isə COP31 iştirakçılarının ölkəyə sadələşdirilmiş giriş-çıxış proseduruna yol açacaq.
 

Bundan əlavə, Türkiyə hakimiyyət orqanları bu il noyabrın 3-8-də keçirilməsi planlaşdırılan COP31 tədbirlərinin hazırlıq dövrünün xərclərini, o cümlədən binaların, digər obyektlərin, avadanlıqların, infrastrukturun və xidmətlərin pulsuz təmin edilməsi xərclərini ödəyəcək.


BMT-nin ən böyük Sammitinin proqramının əsas hissəsinin noyabrın 9-20-də Türkiyənin “turizm paytaxtı”nda ətraf mühitin idarə olunması standartlarına və davamlı inkişaf prinsiplərinə uyğun olaraq keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin