Pezeşkian: İsrail regional qeyri-sabitliyin səbəbkarıdır

Hazırda oxunan: Pezeşkian: İsrail regional qeyri-sabitliyin səbəbkarıdır

623357

İran Prezidenti Məsud Pezeşkian İsraili regionun bütün dövlətlərinə qarşı təcavüzkar siyasət yürütməkdə ittiham edərək, onu Yaxın Şərqdə qeyri-sabitliyin əsas mənbəyi adlandırıb. 

Bizim.Media xəbər verir ki, Tehranda keçirilən "Müqavimət lideri: İmam Xomeini" konfransında çıxış edən dövlət başçısı İslam ölkələrini birliyə çağırıb.

O, vurğulayıb ki, məhz müsəlman ölkələrinin həmrəyliyi xarici müdaxilələrə qarşı ən güclü silah olacaq. 

Pezeşkian əlavə edib ki, müsəlman dövlətləri heç vaxt hücumların təşəbbüskarı olmayıblar və bundan sonra düşmən Qəzza, Fələstin və Livan əhalisini cəzasız şəkildə hədəfə ala bilməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin