Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

Hazırda oxunan: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

623346

Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşən Filyos şəhərində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. 

Bizim.Media xəbər verir ki, aparat yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə çoxsaylı polis dəstələri, xüsusi xidmət orqanlarının əməkdaşları və istehkamçılar cəlb olunub.

Hazırda mütəxəssislər tapılan PUA-nın mənşəyini və texniki xüsusiyyətlərini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin