Fələstinin HƏMAS qruplaşmasının qurucularından biri olan Həsən Yusif işğal altındakı İordan çayının qərb sahilində İsrail həbsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi onun oğlundan əldə etdiyi məlumata istinadən yazıb.
71 yaşlı Yusif 2023-cü ilin oktyabrından bəri məhkəmə və istintaq olmadan həbsdə saxlanılırdı. O, 1980-ci illərdə şeyx Əhməd Yasin və "Müsəlman qardaşlar"ın digər fələstinli üzvləri ilə birlikdə qruplaşmanın əsasını qoyaraq HƏMAS-ın İordan çayının qərb sahilindəki yüksəkrütbəli liderinə çevrilib.
İsrail son illər ərzində Yusifi bir neçə dəfə həbs edib. O, sonuncu dəfə 16 aylıq inzibati həbsdən sonra 2020-ci ilin iyulunda azadlığa buraxılmışdı.
Bizim.Media




































































































