Moskvada mühüm görüş: Rəhman Mustafayev Lavrovun müavini ilə nəyi müzakirə etdi?

Hazırda oxunan: Moskvada mühüm görüş: Rəhman Mustafayev Lavrovun müavini ilə nəyi müzakirə etdi?

618373

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş Moskva şəhərində, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasında baş tutub.

Rusiya diplomatik qurumunun rəsmi bəyanatına istinadən verilən məlumata görə, görüş zamanı tərəflər regional və qlobal müstəvidə yaranan yeni reallıqlar fonunda Bakı və Moskva arasındakı əlaqələrin cari vəziyyətini nəzərdən keçiriblər.
 

Diplomatlar Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində duran ən aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ikitərəfli əməkdaşlıq formatları ilə yanaşı, hər iki tərəfi maraqlandıran bir sıra beynəlxalq və regional mövzulara da toxunulub.


Xatırladaq ki, Bakı və Moskva son dövrlərdə həm iqtisadi, həm də strateji tərəfdaşlıq platformalarında dinamik təmasları davam etdirir. Ekspertlər bu cür diplomatik görüşlərin yaxın gələcəkdə iki ölkə rəhbərliyi səviyyəsində gözlənilən yüksək səviyyəli təmaslara və qarşılıqlı xarici siyasət kursunun koordinasiyasına hazırlıq məqsədi daşıdığını qeyd edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin