Ermənistanın Kotayk vilayətində kriminal xronika üslubunda silahlı insident qeydə alınıb. Bu gün, iyunun 9-da saat 15:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin regional polis idarəsinə Abovyan şəhərinin Yeritasardakan küçəsindəki binalardan birinin həyətində kütləvi dava düşdüyü, atəş səslərinin eşidildiyi və yaralının olduğu barədə operativ məlumat daxil olub.
Bizim.Media "shamshyan.com" saytına istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları məlumatın doğruluğunu müəyyən ediblər.
Hüquq-mühafizə orqanları əraziyə çatana qədər baş nahiyəsindən ağır güllə yarası alan bir nəfər yerli sakin ətrafdakıların köməkliyi ilə "Abovyan" tibb mərkəzinə çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti kritik olduğu üçün yaralı reanimasiya avtomobili ilə İrəvandakı ixtisaslaşdırılmış xəstəxanalardan birinə köçürülüb.
Hadisə yerinin yaxınlığındakı qarajda isə "Mercedes-Maybach" markalı lüks avtomobil aşkar edilib. İlkin məlumatlara görə, həmin nəqliyyat vasitəsi güllələnən şəxsə məxsusdur.
Faktla bağlı Abovyan şəhər istintaq şöbəsində cinayət işi açılıb. Hazırda hadisənin başvermə şəraiti, davanın iştirakçıları və yaralının kimliyi dəqiqləşdirilir, həmçinin cinayət aləti olan odlu silahın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
17:42 / 09.06.2026
Ermənistanda silahlı insident: "Mercedes-Maybach"ın sahibi başından vuruldu
Hazırda oxunan: Ermənistanda silahlı insident: "Mercedes-Maybach"ın sahibi başından vuruldu
Hazırda oxunan: Ermənistanda silahlı insident: "Mercedes-Maybach"ın sahibi başından vuruldu
618256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































