İbrahim Əzizi: ABŞ ilə danışıqlar döyüşün bir hissəsidir

Hazırda oxunan: İbrahim Əzizi: ABŞ ilə danışıqlar döyüşün bir hissəsidir

618087

Tehranın ABŞ ilə sülh danışıqlarını irəli aparmaqla bağlı heç bir prinsipial problemi yoxdur, bir şərtlə ki, İran Amerika tərəfinin dürüstlüyünə və səmimiyyətinə əmin olsun.

Bizim.Media xəbər verir ki, bu barədə CNN-ə müsahibəsində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib. Lakin o xəbərdarlıq edib ki, qarşıdurma aparan dövlətlər arasında hər hansı potensial razılaşma dərin qarşılıqlı etmadsızlıq şəraitində birbaşa ABŞ-nin davranışının dəyişməsindən asılıdır.
 

"Əgər biz onların danışıqlar apara bilən insanlar olduqlarına və həmçinin danışıqlar prosesinin qaydalarına tabe olduqlarına əminlik qazana bilsək, İslam Respublikasının müzakirələr aparmaqla bağlı heç bir problemi yaranmayacaq", - Əzizi deyib.


O əlavə edib ki, Tehranda ABŞ Prezidenti Donald Trampın hazırkı təmaslar zamanı səmimi davranmadığına əmindirlər.

"Lakin biz artıq dəfələrlə demişik ki, danışıqlara döyüş meydanının davamı kimi razılıq vermişik. Biz danışıqlar prosesini döyüşün özünün bir hissəsi kimi nəzərdən keçiririk", - deyə iranlı qanunverici vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin