İrəvanın mərkəzinə gücləndirilmiş polis qüvvələri CƏLB EDİLDİ

Hazırda oxunan: İrəvanın mərkəzinə gücləndirilmiş polis qüvvələri CƏLB EDİLDİ

617829

Ermənistanda seçki məntəqələri bağlandıqdan sonra polis təhlükəsizlik tədbirlərini gücləndirib, paytaxtın mərkəzinə əlavə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "TASS" agentliyinin müxbiri məlumat verib.

Polis avtobusları ölkənin hökumət binalarının yerləşdiyi Respublika meydanı boyu yerləşdirilib.
 

İnsanların çox olmasına baxmayaraq, şəhərin mərkəzində vəziyyət sakit olaraq qalır. Parlament seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Məntəqələr bağlandıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayıblar.


Səsvermənin ilk nəticələrinin yerli vaxtla gecə yarısına yaxın açıqlanacağı gözlənilir.

Ermənistanda parlament seçkilərində seçki məntəqələrinin bağlandığı ana olan yekun seçici fəallığı 58,97% təşkil edib. Səsvermədə 1 milyon 476 min 597 vətəndaş iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin