Ermənistanda "Rusiyanın Erməni İşgüzar Şurası"nın vitse-prezidenti saxlanıldı

Hazırda oxunan: Ermənistanda "Rusiyanın Erməni İşgüzar Şurası"nın vitse-prezidenti saxlanıldı

617717

Ermənistan İstintaq Komitəsi "Rusiya Federasiyasının Erməni İşgüzar Şurası" təşkilatının vitse-prezidenti A.Q.-nin saxlanılması barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

İstintaq orqanlarının məlumatına görə, sözügedən şəxs mayın 31-də Rusiyadan Ermənistana gəlib.
 

Müəyyən edilib ki, A.Q. "Telegram" kanalı vasitəsilə Rusiya Federasiyasında yaşayan Ermənistan vətəndaşlarına müraciət edərək, iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün onların İrəvana pulsuz gətirilməsini təşkil edəcəyinə və bu səfərlə bağlı bütün təşkilati, maddi məsələləri öz üzərinə götürəcəyinə dair açıq şəkildə vəd verib.


Ermənistan İstintaq Komitəsi qanunsuz səsverməyə cəlbetmə və seçki prosesinə kənar müdaxilə şübhəsi ilə A.Q. barəsində cinayət işinin açıldığını və hazırda genişmiqyaslı araşdırmaların davam etdiyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin