Ermənistanın Antikorrupsiya Komitəsi seçki prosesində qeydə alınan hüquq pozuntuları və cinayət əməlləri ilə bağlı aparılan irimiqyaslı təhqiqatların yekun göstəricilərini təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat regional mətbuatda yer alıb.
Hüquq-mühafizə orqanlarının açıqladığı rəsmi statistikaya əsasən, indiyədək seçki pozuntuları ilə bağlı 103 cinayət işi (icraatı) açılıb, sonradan onlardan 52-si bir icraatda birləşdirilib.
İstintaq tədbirləri çərçivəsində güc strukturları tərəfindən 194 nəfər saxlanılıb, 209 şəxs barəsində isə rəsmi cinayət təqibinə başlanılıb. Hazırda iş üzrə fiqurant olan 10 nəfər barəsində rəsmən axtarış elan edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərdən 84-ü barəsində həbs və ya ev həbsi qətimkan tədbiri seçilib, digər 85 nəfərə qarşı isə alternativ qətimkan tədbirləri tətbiq olunub. Təhqiqatın hazırkı mərhələsində müstəntiqlər artıq 300 nəfəri dindirib. 45 nəfər barəsində ittiham aktı təsdiq edilmiş 12 cinayət işi isə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Keçirilən silsilə axtarışlar zamanı Antikorrupsiya Komitəsinin əməkdaşları tərəfindən külli miqdarda maddi sübut müsadirə olunub. Ələ keçirilən sübutlar arasında maliyyə və xidməti sənədlər, elektron daşıyıcılar, gizli texniki cihazlar, gizli texnologiyaları aşkar etmək üçün xüsusi aparatlar, habelə qanunsuz seçki sxemlərində istifadə olunduğu iddia edilən və vətəndaşların şəxsi məlumatlarını əks etdirən geniş siyahılar var.
Bizim.Media




































































































