Türkiyənin Qaziantep və Şanlıurfa vilayətlərində güclü külək və fırtına ciddi fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, fırtına nəticəsində Şanlıurfada 1 nəfər ölüb, bir neçə nəfər isə yüngül xəsarət alıb.
Qaziantepdə isə əlverişsiz hava şəraiti ilə bağlı 23 nəfər xəsarət alıb.
Qaziantepdə baş verən fırtına zamanı Alleben dərəsi daşıb, bəzi ərazilərdə damlar uçub, Oğuzeli rayonunda isə tornado avtomobillərə ziyan vurub.
Qaziantep valiliyi bölgədə fövqəladə vəziyyət elan edib.
Fırtına nəticəsində Şahinbey, Şehitkamil, Nizip və Yavuzeli rayonlarında 39 məktəbdə yüngül ziyan qeydə alınıb.
Bu səbəbdən 4 may 2026-cı il tarixində həmin məktəblərdə dərslər 1 gün müddətinə dayandırılıb.

Bizim.Media

- A-
- A
- A+
Region
00:00 / 04.05.2026
Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO
Hazırda oxunan: Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO
Hazırda oxunan: Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO
610975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































