Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Hazırda oxunan: Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

610753

İran ABŞ ilə danışıqları yenidən bərpa etmək məqsədilə təqdim etdiyi yeni təklifdə güzəşt əlamətləri nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Məlumata görə, Tehranın yeni təklifi iki tərəf arasında müharibənin dayandırılması və diplomatik prosesin canlandırılması üçün hazırlanıb.

Qəzet bildirir ki, ABŞ prezidenti Donald Tramp Tehranın yeni təklifindən məmnun olmadığını açıqladıqdan bir neçə saat sonra təklifin bəzi detallarını dərc edib.

Tramp cümə günü jurnalistlərə açıqlamasında “Onlar razılaşma əldə etmək istəyirlər, amma mən bundan məmnun deyiləm. Görək nə olacaq”, – deyə bildirib.

“The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır ki, İranın yeni təklifi ABŞ-yə doğru bir addım kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin