İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Hazırda oxunan: İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

609318

Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazaları və texnikası ciddi zərər görüb və bu zədələr ictimaiyyətə etiraf edildiyindən qat-qat ciddidir.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazısında qeyd olunur ki, bərpa işlərinin milyardlarla dollara başa gələcəyi gözlənilir.

Telekanalın məlumatına görə, Tehran onlarla hədəfə, o cümlədən aviasiya anqarlarına, anbarlara, uçuş-eniş zolaqlarına, təyyarələrə, həmçinin peyk rabitəsi obyektlərinə zərbələr endirib.

Eyni zamanda, ziyanın dərəcəsini qiymətləndirməyə mane olan amil ABŞ administrasiyasının özəl peyk şirkətlərindən Amerika bazalarının görüntülərinə girişi bağlamağı xahiş etməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin