İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

Hazırda oxunan: İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

609296

İranın “Iranair” Hava Yolları Şirkəti Bakı, Doha, Nəcəf və Bağdad istiqamətlərində uçuşlar həyata keçirməyi planlaşdırır.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bununla əlaqədar İranın "Iranair" Hava Yolları Şirkəti məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən İranın İmam Xomeyni Beynəlxalq Aeroportu ilə uçuşların həyata keçirilməsinə başlanıb.

Qeyd olunur ki, bu gün ilk uçuş Səudiyyə Ərəbistanının Mədinə şəhərinə, növbəti uçuş isə Türkiyənin İstanbul şəhərinə həyata keçirilib.

Bildirilir ki, İstanbul şəhərinə gündəlik uçuşlar 1 maydan etibarən həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub.

Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin