Sərdar Cəlaloğlu: “Bəzi müxalif qüvvələr öz açıqlamaları ilə özlərini ifşa edirlər”x9d
xa0
Parlament seçkiləri yaxınlaşdıqca seçki prosesi və onun mümkün nəticələri ilə bağlı proqnozların da sayı artmaqdadır.
Maraqlıdır, qarşıdakı parlament seçkiləri nə dərəcədə demokratik keçəcək? Əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə şəffaflıq qisməndə olsa təmin ediləcəkmi? Yoxsa bəzi müxaliflərin iddia etdiyi kimi, seçkidə iştirak etməyin heç bir mənasıxa0 yoxdur?
Moderator.az xəbər verir ki, “Hürriyyət”x9d qəzetinin əməkdaşı ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətində bu və bu kimi məsələlərə aydınlıq gətirməyə çalışıb.
xa0
-Sərdar bəy, parlament seçkilərinə iki aydan da az bir vaxt qalıb. Seçkiöncəsi vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə mövcud vəziyyət seçkilərin şəffaf və demokradik keçirilməsi xa0ücün əlverişlidirmi?
xa0
-Əvvəla onu deyim ki, bu günkü beynəlxalq vəziyyət, bizim maraqlarımıza təsir edə biləcək dövlətlərdə baş verən proseslər Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb olan proseslər baxımından əlverişli deyil. Əgər Azərbaycanda tam demokratik seçkilər keçirilərsə və bunun nəticəsində hakimiyyət dəyişikliyi başxa0 verərsə, bu, arzuedilməz proseslərə səbəb ola bilər. Biz dəfələrlə şahid olmuşuq ki, xalqlar alqışladıqları qüvvələri hakimiyyətə gətirirlər, lakin beynəlxalq şərait əlverişli olmadığına görə hakimiyyət həmin xalqlara mənfi mənada daha böyük sürprizlər yaşadır. Məsələn, Misirdə “İslam qardaşları”x9d hakimiyyət başına gəldilər. Lakin onların gəlişindən sonra Misirdə hansı hadisələr baş verdi, özünüz buna şahidsiniz. SSRİ məkanında kommunistlərdən sonra demokratik qüvvələr hakimiyyət başına gəldilər. Bundan sonra Gürcüstanda vətəndaş müharibəsi baş verdi. Azərbaycanda da vətəndaş muharibəsi təhlükəsi yarandı. Bu gün Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq şərtlər əlverişli deyil. İstər əhali, istərsə də hakimiyyət və müxalifət demokratik seçkilərin keçirilməsində bir o qədər də maraqlı deyil. Hakimiyyət bu məsələdə ortaya siyasi iradə qoymur. Müxalifət də seçkilərin tam demokratik keçirilməsi üçün lazımı həmrəylik nümayiş etdirmir. Xalqla bizim ünsiyyətimiz çox zəifdir. Xalqda öz taleyinə qarşı laqeyitdik meydana gəlib.
xa0
-Sizcə xalqın öz taleyinə laqeydliyi nədən qaynaqlanır?
xa0
-Demokratiya insan faktoruyla bağlıdır. Əgər bir insan öz hüquqlarından istifadə etmirsə, ona nə qədər hüquq verirsinizsə verin, bu, o demək deyil ki, həmin insan azad və demokratik cəmiyyətdə yaşayacaq. Demokratiya insanlardan aktiv olmağı, proseslərdə iştirakçı olmağı tələb edir. Demokratiya tələb edir ki, insan ona verilən hüquqlardan istifadə eləsin. Belə olanda insanlar demokratiya uğrunda mübarizə aparır. Ən demokratik cəmiyyətlərdə belə insanlar öz hüquqlarından istifadə etməyəndə həmin cəmiyyətlərdə formal demokratiya meydana gəlir. Amerika və Avropanın çox ölkəlirində demokratiyanın bu növü sürətlə inkişaf etməkdədir. Dövlət vətəndaşlara zorla demokratiya verir. Insanlar təhsil, səhiyyə, siyasi təşkilatlar yaratmaq və s. hüquqlardan isifadə etmir. Demokratiyanın başlıca amili xalqın iştirakçılığıdır. Bu baxımdan bizdə çox ciddi bir ətalət var. Digər tərəfədn seçkilərin qanunvericilik bazası onların demokratik keçirilməsinə imkan vermir. Tələm-tələsik seçkilər, iki günlük təbliğat normal seçki üçün yetərli deyil. Çünki 20 gün ərzində kimsə normal təbliğat apara bilməz. Xalqı 5 il yatırdıb 20 gün oyatmaqla ona heç nə verə bilməzsən.
xa0
-Sizcə seçki-əhval ruhiyyəsinin o qədər də hiss edilməməsi nə ilə əlaqədardır?
xa0
-Seçki əhval-ruhiyyəsinin yaradılması iqtidarın vəzifəsidir. Bu sahədə də çox ciddi qüsurlar var. Əhali insanları aktiv seçki prosesinə qoşmaq istəmir. Bir çox ölkələrdə seçkidə iştirak etmək vətəndaşların üzərinə vəzifə kimi qoyulur. Bu vəzifədən qaçdığına görə cinayət məsuliyyəti əsasında cəza müəyyən edilir. Bəzi ölkələrdə buna görə cərimə, bəzisində isə həbs cəzası verilir. Azərbaycanda isə seçkidə iştirak etməyən vətəndaşlarla az qalırlar mükafat versinlər ki, siz gəlməyin, biz seçkiləri öz bildiyimiz kimi saxtalaşdıraq.
xa0
-Sizcə Azərbaycanda da vətəndaşların seçkidə iştirakı məcburi elan edilməli, buna görə cəza nəzərdə tutulmalıdırmı?
xa0
-Biz təklif edirik ki, seçkilərdə iştirak etmək vətəndaşların üzərinə bir borc, bir vəzifə kimi qoyulsun. Vətəndaşların seçkidə iştirak edərək özlərini bir vətəndaş kimi hiss etmələri özlüyündə çox vacibdir. Hər hansı bir vətəndaşın seçkiyə gəlib kiməsə səs verməsi başqa məsələdir. Onun seçkiyə gəlməsi onun şüurunda ciddi dəytişikliyə səbəb olur. Vətəndaş hiss edir ki, o, dövlətin idarəsində iştirak edir. O, düşünür ki, hər şey məndən asılıdır. Mən hər hansı namizədi seçə də, seçməyə də bilərəm. Demokratik prosedurun mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar bu prosedurda iştirak etməklə özlərinin öz sahibləri olduğunu dərk edirlər. Onlar bunu dərk edərkən bu qavrayışdan qürur hissi duyurlar. Vətəndaşların seçkilərə gəlıməsi onların siyasi şüurunun artması, həmin adamların özlərinixa0 bir insan kimi hiss etməsi baxımından çox vacibdir. Vaxtiylə Hegel deyirdi ki, insanlar bərabərlik istəyir. Hakimiyyət isə onlara bərabərlik əvəzinə qeyri-bərabərlik təklif edir. Burda isə siyasi mübarizə başlayır. Hegel deyir ki, hökumətdə xa0olanların ona da özləri kimi, yəni insan kimi baxmasını istəyən vətəndaşlar bunun üçün siyasi mübarizə aparmalıdır. Amma insan hökumətin ona insan kimi deyil, qoyun kimi baxması ilə razılaşırsa, onda siyasi mübarizə aparmır.
Seçkilərdə iştirak yalnız müxalifət və ya iqtidarın seçilməsi ilə bağlı məsələ deyil. Ən vacib olan insanın rəiyyətdən seçilməsidir. Insanlar seçkidə iştirak etməklə rəiyyət olmaqdan çıxır, vətəndaş olaraq dövlətin idarə edilməsində iştirak edirlər. Bununla yanaşı müəyyən vəzifə və öhdəliklər də götürürlər.
xa0
-Dediklərinizdən belə məlum olur ki, bu il də ədalətli və demokratik seçkilərə ümid etmək olmaz?
xa0
-Şübhəsiz ki, Azərbaycanda qanuni və demokratik seçkilərin keçirilməsindən danışmaq olmaz. Ölkədə əvvəlki illərdən fərqli elə bir ciddi dəyişiklik yoxdur. 20 ildən artıqdır ki, bütün dünya Azərbaycanda seçkilərin saxtalaşdırıldığından danışır. Lakin bütün bunlara baxmayaraq eyni adam ”“ Məzahir Pənahov bu gün də eyni saxtakarlığı həyata keçirir. M.Pənahovun öz vəzifəsində qalması göstərir ki, qarşıdan gələn seçkilər demokratik keçirilməyəcək. Bu gün o adam cinayət məsuliyyətinə cəlb edilməlidir. O adam Azərbaycan dövlətinə töhmət gətirib. Lakin onu cəzalandırmaq əvəzinə həmin adam yenə də seçkiləri saxtalaşdırmaqla məşğuldur. Bütün bunlar onu göstərir ki, qarşıdakı seçkilərdən ciddi nəticə gözləmək olmaz.
xa0
-Bəzi müxalif siyasilər iddia edir ki, saxtalaşdırılıcağını bilə-bilə seçkiyə qatılmaqxa0 xalqa və demokratiyaya xəyanətdir. Sizcə bu fikirlərdə həqiqət payı varmı?
xa0
-Demokratiyanın əsas prinsiplərindən biri iştirakçılıqdır. Demokratiyada məqsəd ikinci-üçüncü dərəcəli məsələdir. Əsas məsələ iştirakçılıqdır. Vətəndaş seçkidə iştirak etməsə, onun iştirakçılığı harda, necə özünü göstərəcək? Küçələrə çıxmır, aksiyalarda iştirak etmir, seçkiyə də gəlmir. Məşhur alman filosofu Yaspers Almaniyada müharibədən sonrakı vəziyyətlə bağlı çox gözəl fikirlər səsləndirib. Həmin ərəfədə Aımaniyada da bu cür müzakirələr gedirdi ki, alman xalqı demokratiyaya hazır deyil. Yaspers yazırdı ki, xalq harda demokratikləşə bilər? Küçələri onların üzünə bağlayırsınız, demokratik seçki keçirmirsiniz. Gərək xalqı demokratik proseslərə buraxasınız ki, xalq da məşq edib demokratikləşə.
Üzümü müxalifət qüvvələrinə tuturam. Deyirsiniz ki, seçkidə iştirak etməyin, onsuz da hakimiyyət saxtalaşdıracaq, küçələrə çıxmayın, hökumət icazə vermir və ya həbs edəcək, filan hüquqdan istifadə etməyin, onsuz da onun mənası yoxdur... Bəs nə edək? Alternativ nə qoyursunuz ortaya? Demokratik mübarizə mümkün deyil, seçki mümkün deyil, bircə silahlı mübarizə yolu qalıb. Demək belə çıxır ki, bütün yollar bağlanıb və yeganə yol silahlı mübarizə yoludur. Silahlı mübarizənin Suriya, İraq, Misir, Liviya kimi nümunələri var. Belə bir deyim var. Ağıllı insan hər şeyi başqalarının nümunəsində öyrənir. Biz başqalarının nümunəsini görə-görə yenidən xalqı bu qanlı yola aparaq? Xalq öz iradəsini necə ifadə etməlidir?
Bunu o adamlar deyir ki, onlar öncədən qarantiya almaq istəyir. Onlar bilmək istəyir ki, bu seçkilərə qatılsalar seçiləcəklər, yoxsa yox. Bunu deyən adamlar başqa anti-demokratik seçkilərdə iştirak edib və qalib gəliblər. Onda sual verirəm. Necə oldu ki, siz seçkilərin saxtalaşdırıldığı bir ortamda qalib gəldiniz? Niyə indi iştirak edib qalib gəlmirsiniz? Deməli, sənin alverin bağlanıb deyə ağlın başına gəlib? Iqtidar həmin iqtidardır. Anti-demokratik seçki də həmin anti-demokratik seçkidir. Gəl iştirak et, yenə qalib ol. Onu biz deyək ki, bütün seçkilərdə qalmışıq qıraqda. Siz ki, bütün seçkilərdə qalib olmusunuz?
xa0
-Sizcə qarşıdakı parlament seçkiləri ilə bağlı Qərbin mövqeyi nə dərəcədə prinsipial olacaq? Qərb seçkilərin demokratik keçirilməsi üçün hakimiyyətə təzyiq göstərəcəkmi?
xa0
Ardı var
xa0
Seymur Əliyev
xa0































































































