ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a müsahibə verib:
-Sərdar bəy, son günlərdə cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz?
- Azərbaycan və Ernənistan Rusiyanın təsiri altında olduğundan bu bölgədə baş verənləri Rusiyanın marağından kənarda bu və ya başqa şəkildə təhlil etmək düz olmazdı. İndiki halda Rusiyanın başı Ukraynaya qatışıb və Ukrayna ilə bağlı Rusiyaya çox ciddi təzyiqlər var. Hesab edirəm ki, Rusiya başqa bir bölgədə Qərbin maraqlarına uyğun olamayan bir hadisə törətməklə diqqətini Ukraynadan yayındırır. Bununla Rusiya Qarabağ kartından istifadə etməklə Qərblə alverə getmək istəyir. Bu baxımdan hadisələrin Rusiya tərəfindən törədilməsi qaçılmazdır. Ona görə də baş verənlərin Rusiyadan başqa nə erməni, nə də Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur.
-Bunu necə başa düşmək olar?
- Ukraynadakı hadisələrdə Qərbin mövqeyini yumşaltmaq və ya neytrallaşdırmaq üçün Rusiya Cənubi Qafqazdakı münaqişələrdən istifadə edə bilər. Çünki bu siyasət Rusiyanın hələ qədimdən bəri sınanılmış siyasətidir. Hətta sovet dönəmində ABŞ hər hansı ölkəyə daxil olurdusa Rusiya da öz növbəsində diggər bir ölkəyə və yaxud elə həmən ölkənin digər bir ərazisinə giriridi və sonda bunları danışıqlarda masasınan üstünə qoyaraq alver məqsədi ilə istifadə edirdi. Necə ki, belə hadisələr Koreyada, Vyetnamda, Latın Amerikası, Afrika və digər Asiya ölkələrində baş verdi. İndiki halda Ukrayna ilə bağlı hadisələrdə Rusiya divara sıxılıb. Rusiya da öz növbəsində vəziyyətdən çıxış üçün alternativ axtarır. Ona görə də Rusiya tarixi ənənəsinə sadiq qalaraq Cənubi Qafqazda Qərbin maraqlarına ziyan vura biləcək təxribatla məşğuldur. O baxımdan mən son günlər baş verənləri təxribat hesab edirəm və bunun arxasında dayanan da Rusiyadır və qüvvənin maraqlarını axtaramaq yanlışlıqıdr. Çünki bu gün Ermənistan Rusiyanın əleyhinə bir kəlmə deyən kimi bəyanat verdi ki, Qarabağı öz tərkibimə qataram. Odur ki, son yüz ildə Rusiyanın xarici siyasəti necə ididsə, bu gün də elə o qaydada davam edir və heç nə dəyişməyib.
- Amma bəziləri hesab edir ki, Rusiya bununla Ermənistana təzyiq edərək provblemin həllini Azərbaycanın xeyrinə yönəltmək istəyir. Siz bu məsələyə necə yanaşırsınız?
- Bu da ola bilər. Ola bilsin ki, Rusiya bu yolla Azərbaycanı aldadıb öz toruna salmaq istəyir. Yəni Rusiya bir neçə erməni dığasını öldürməklə hərbi əməliyyatları bir az Azərbaycanın xeyrinə dəyişə bilər və bununla da bizi təxribata sövq edər ki, sonda öz niyyətini həyata keçirsin. Ona görə də hesab edirəm ki, nə qədər Ukraynada problem həll olunmayıb Azərbaycan tərəfi atəşkəs rejimin qorunmasının müdafiəçisi kimi çıxış etməlidir.
-Yəni burada Azərbaycanın xeyrinə baş verə biləcək müvəqqəti irəliləyiş sonda daha pis və acı nəticələrə gətirib çıxara bilər?
-Bəli. Ruisya ya beş rayonu azad etsin və yaxud bütün Qarabağı alıb bizə qaytarsın. Bu hələ o demək deyil ki, torpaqların azad edilməsi bizim müstəqillimiyimizin və suverenliyimizin, yaxud ərazi bütövlüyümüzün həll olunmasıdır. Rusiya Azərbaycanın qarşısında elə bir tələb qoya bilər ki, bu 20% itirilmiş torpaqlardan daha pis şərt ola bilər. Deyər ki, mən Qarabağı verdim sizə,sSiz də gəlin girin bizim yaratdığmız ittifaqa. Biz də bu ittifaqlara girməklə avtomatik olaraq Rusiyadan aslı bir ölkəyə çevrilmiş olacağıq. Ona görə də suverenlik və müstəqilli məsələsində torpaq alveri məsələsinə getmək təhlükəlidir. Necə ki, bundan öncəki hakimiyyətlər belə səvhə yol verdilər acə nəticəsini də gördülər. Torpaq əlli ”“yüz il işğal altında qala bilər. Dünyada kifayət qədər faktlar var. Amma dövlətin suverenliyi və müstəqillyini təhlükə altında qoymaq olmaz. Bu gün bizimlə bərabər Gürcüstan və Moldovanın da ərazi bütövlüyü pozulub. O baxımdan ehtiyatlı olmaq lazımdır. Qarabağ bu gün tələyə qoyulmuş pendirə bənzəyir. Kim onu götürsə tələyə düşəcək. Elə bunun nəticəsidir ki, Ermənistan müstəqil dövlətə çevrilə bilmir. Ermənistan müstəqil siyasət yürütmək istəsə, Rusiya həmən ermənilərin gözünü basıb çıxarar. Hələ keçən əsrin əvvəlində M. Ə.Rəsulzadə yazırdı ki, ermənilərin bu torpaq iddiasi nə özlərinin, nə də ki, Azərbaycanla Gürcüstanı müstəqil dövlətə olmağa imkan vermədi. İndi də həmən vəziyyətdir. Odur ki, ehtiyatlı olmaq lazımdır və bu dəfələrlə sınaqdan çıxıb.
-Belə olan halda indi nə etmək lazımdır?
- İndiki halda ATƏT MQ-nin basıb gözünü çıxarmalıyıq ki, atəşşkəs rejimi bərpa etsin və hadisələrə nəzarət altına alsın. Beynəlxalq təşkilatları xəbərdar etməliyik ki, bu bölgədə hərbi vəziyyətin gərginləşməsi dünyada sülhü və sabitliyi təhdid edəcək və problemi daha da dərinləşdirəcək.






























































































