Kriminal dünyanın indiyə kimi eşitmədiyiniz SİRLƏRİ

Hazırda oxunan: Kriminal dünyanın indiyə kimi eşitmədiyiniz SİRLƏRİ

197561

Son vaxtlar ölkə gündəmini “Qaranlıq aləm”x9din iştirakçıları tutmaqdadır.xa0Ötən il Lənkəranskinin öldürülməsi, bu il Lotu Qulinin azadlığa buraxılması, Bakıya məhkəmə üçün gətirilən dustaqların qaçırılması şok effekti yaratdı. Oxucuların diqqəti bu mövzuya yönəlmişkən,xa0 “Aləm”x9d haqda əsaslı faktlara, araşdırmala, hətta kitablara malik Bəhram Çələbiylə söhbət etdik:

İnqilabdan əvvəl də Azərbaycanda “avtoritet”x9dlər olub”¦

Bu aləm inqilabdan əvvəl də mövcud olub. Həmin adamlar “qoçu”x9d adlanırdı. Zeynalabdin Tağıyevin, Musa Nağıyevin dövründə qoçular onların cangüdəni imişlər. Qoçular sözü üzə deyən, həmişə isə kasıbların arxasında dayanan, zülmə qarşı mübarizə aparan insanlar olublar.

II Dünya Müharibəsi başlayandan sonra qoçuları “lotu”x9d adlandırmağa başladılar. Azərbaycanda ilk lotu, “vorzakon”x9dxa0 Rəşid oğlu Məhərrəm olub. Bəziləri deyir ki, guya Dağlı Şahmurad olub. Amma elə deyil. SSRİ dövründə ümumiyyətlə,xa0 Azərbaycanda çox tanınmış oğrular olub.

Belə bir hadisə də var: “Azad qadın”x9d heykəlindəki qadın çadrasını ilk atanlardan olub. Onun qardaşı görüb ki, məhəllə camaatı bacısına görə, onlara pis baxır. O da bacısını öldürüb. Atası oğlunun cinayətini öz üzərinə götürüb. Həm atanı, həm də oğlu həbs edirlər. O həbsxanada Rəşid oğlu Məhərrəmlə tanış olur. R.Məhərrəm də o vaxt “obşak”x9d olub. Yəni pul məsələsinə baxan. O, bu işi həmin oğlana təhvil verir. Həmin o bacısını öldürən oğlana. Digərləri buna etiraz edir. Deyirlər ki, sən bu vəzifəni adı-sanı olmayan, ilk dəfə həbsə düşən adama verməməlisən. Sonradan Məhərrəmi Sibirə aparırlar. Sibirdə həmin əsl oğrular onu “sxodkaya”x9d çağırırlar və “obşakı”x9d ad-sanı olmayan adama verdiyinə görə Məhərrəmi öldürürlər. Çünki “obşak”x9d onlarda ən müqəddəs işdir.

Lotular ad almaq üçün bunu edirlər”¦

Onlar cinayətkar olur. Amma həmişə kasıbların, köməyə ehtiyacı olanların yanında olurlar. Məsələn, Lotu Bəxtiyarın atası o vaxt Bakıda olan 2 yanacaqdoldurma məntəqəsinin birinin müdiri olub.

O vaxt Lotu Bəxtiyar dəniz qırağında qızlarla əylənirmiş.

Qızlardan biri ərtafda kiminsə gətirdiyi 2 qoyunuu göstərir ki, Orda 2 qoyun olub. Qızlarxa0 deyib ki,xa0 birini kəsək kabab eliyək. Lotu Bəxtiyar da gedib qoyunun birini açıb gətirib. Amma pulunu o biri qoyunun ayağına büküb, bağlayıb. Qoyunun sahibi polisə şikayət edib.

Amma sonradan şikayətçi tərəf xəbər tutur ki, O Ağobbanın oğludur (Bakı ləhcəsiylə ”“ Ağababa-red.)

Şikayətini geri götürür. Ağoppa da imkanlı adam idi. Polislər istəyib ki, ondan biraz pul qopartsınlar. Ona görə də Bəxtiyarı atıblar içəri. Ağobba isə onun arxasınca getməyib. Deyib ki, oğlum bu qədər var-dövlətin içində gedib qoyun oğurlayır. Bəxtiyara 16 yaşında 6 il iş verirlər. Əslində onu buraxa da bilərdilər. Amma tutub uşaq kolonyasına göndəriblər. Bu da görüb ki, uşaq kolonyasında dərəbəylikdir, kim-kimi gəldi vurur. Özü də ordakı tərbiyəçilər çox zalımxa0 olublar. Ona görə də Lotu Bəxtiyarda həbsxana həyatına qarşı nifrət yaranıb. 17 yaşı olanda yenidən kolona gətiriblər. Orda bir nəfərlə sözü çəp gəlib. Bir nəfəri vurub. Yenidən ona iş kəsiblər. Bu dəfə onu “Vladimirski sentral”x9da göndəriblər. Ora gedəndən sonra oğruların əqidəsini götürməyə başlayıb.

Bəxtiyar Çox böyük oğrulardan sayılır. Necə ki, Rusiyada Ivankov, Ded Xasan oğruların xaç atası sayılır, Bəxtiyar da Azərbaycanda elə idi. xa0Sabirabadlı Hikmət, Dağlı Cavanşir hamısı dost olublar.

Bakıda daha çox “vorzakon”x9d ermənilərxa0 idi”¦

Yanında olduğum, görüşdüyümxa0 Tete Nəriman vardı. O, çox da “göylə gedən”x9d oğru olmayıb. 70-80-ci illərdə oğrular arasında ermənilər üstünük təşkil edib. Gürcülər də həddən artıq çoxdur. Hətta Rusiyada nə qədər varsa, bir o qədər də Gürcüstanda var.

-Maraqlıdır ki, onlar məsələn Azərbaycanda həbsdə ola-ola başqa ölkədə kimlərisə necə idarə edirlər?

-Götürək elə Lotu Qulini. Azərbaycanda onu qəbul etmədilər. Çıxdı getdi burdan. Gürcüstan da qəbul etmədi. Getdi Türkiyədə rahat oturdu.

İstəsə Rusiyaya da gedə bilərdi. Amma orda hələ bəzi problemləri var. Həll edəndən sonra bəlkə də ora gedəcək.

“Vorzakonlar”x9dın əksəriyyəti ziyalılar ilə bir cərgədə olurlarxa0 çox vaxt. Onlar savadlı insanlardır.

Sabirabadlı Hikmətlə cəmi bir dəfə 2005-ci ildə oturmuşam...

Onda Tete Nərimanla söhbət edirdik. Donbalan Tofiq deyilən biri də var idi.xa0 O xəstə idi.xa0 Hikmət də Tofiqə görə gəlmişdi. Bizlə də tanış oldu. Tofiq də ona məni göstərib ki, kriminal aləmdən yazan Bəhramdır, bu. Sonra biz birlikdə getdik restorana. Hikmətin yanında 2 nəfər də var idi. Biri elmlər doktoru idi. 1-2 saat oturduq. Hikmət xeyli söhbət etdi. İnanın, intellektual səviyyəsi o qədər yüksək idi ki, elmələr doktoru ağzı açıq qulaq asırdı ona. O, 3 dil bilirdi. Rus dilində oxuyurdu. İngilis, fransız dillərini bilirdi. İtalyan dilini də öyrənmək istəyirdi. Lotu Bəxtiyar 39 yaşında rəhmətə gedib. Onun anasıxa0 ilə də müsahibəm olub.

Ziyalılarla yaxşı münasibəti olan Ağoppa var idi. Şair olub. Yaxşı şeirlər yazıb. Əslən iranlıdır. İrandan köçüb gəlmişdilər. Xəlil Rza Ulutürklə yaxşı münasibəti olub. Onun oğlu Təbriz öləndə birinci xəbəri Ağoppa çatdırıb ona.

Məşhur lotulardan biri də Cabir idi. Əbülfəz Əliyev, Əliağa Vahidlə dost olub. Elçin Əfəndiyev, Mirzə İbrahimov, Süleyman Rüstəm, Şövkət Ələkbərovanınxa0 da Ağoppanın əla münasibətləri vardı.

Onların simvolları nədir?

-Ulduzlardır. Səkkizguşəli 2 ulduz. Bunu ancaq vorzakonlar sinəsinə vur bilər. Avtoritetlər də vurdura bilməz.

Onlarda milliyyət fərqi yoxdur...

Əvvəllər yox idi. İndi var. Slavyanlar qrupu var, onlar istəmirlər ki, qafqazlılar Rusiyada ağalıq etsin. O vaxt belə deyildi. Lotu Bəxtiyar öləndə ermənilərdən tutmuş hamısı gəlmişdi. Məsələn Sabirabadlı Hikmət öləndə mən dəfninə getmişdim. Orda 3-4 nəfər erməni “vorzakon”x9d var idi. Polislər də onlara dəymədi. Dedilər 1 günlük oturub yeyib-içib gedəcəklər. Rövşən Lənkəranski öləndə də elə idi.

-Son zamanlar haqqında ən çox danışılan Lənkəranski oldu.

-Lənkəranski həbsə düşməsəydi, hər şey başqa cür olardı. Həbsxana həyatı onu başqa cür yönəltdi. O yaxşı bilirdi ki, bu aləmin yüzlərlə üzvü cavan yaşdan qətlə yetirilib. Amma yenə də tərrəddüd etmədi.xa0 Çoxları Rövşənin həyatına qibtə edirdi. Anasına demişdi ki, öz əcəlimlə ölmək istəyirəm. Tete Nəriman 84 yaşında vəfat edib. Göygöz Sabir də. Bunlar öz əcəlləri ilə o biri dünyaya köçənlərdir.

Lotu Quli ilə Lənkəranski arasında müharibənin səbəbi nə idi?

-Tək Lənkəranski ilə deyildi. Sabirabadlı Hikmətlə də gedirdi bu ədavət.xa0 Ona əl qaldırmışdı. Çünki onlar 2005-ci ildə “sxodka”x9d çağırıblar və deyiblər ki, Lotu Qulinin filan işlərinə görə adı alınsın. Masallı Mamed, Rövşən Lənkəranski, Sabirabadlı Hikmət olub orda. Bu qərara görə Quli onlara nifrət edirdi. “Sxodkada olmadığım halda mənim adımı alıma bilməzsiniz. Gərək məni də çağırardız. Adımı niyə almaq istədiyinizi deyərdiz”x9d.(xa0a24.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin