Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Hazırda oxunan: Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

641213

Kiyev meri Vitali Kliçko şəhərdə genişmiqyaslı kommunal böhran təhlükəsi ilə əlaqədar bəzi sakinləri paytaxtı müvəqqəti tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Kliçko şəhərdən kənarda yaxınları və ya dostları olan sakinlərə müvəqqəti olaraq onların yanına getməyi tövsiyə edib. 

O bildirib ki, su təchizatı infrastrukturunda yaranan problemlər “kifayət qədər genişmiqyaslı” böhrana səbəb ola bilər.

Qeyd edək ki, Kiyevə silsilə zərbələrdən sonra şəhərdə genişmiqyaslı elektrik kəsintisi baş verib. Metro və yerüstü ictimai nəqliyyatın fəaliyyəti tam dayanıb, kanalizasiya sistemində problemlər və su təchizatında fasilələr yaranıb.

Ukraynanın energetika naziri də mühüm enerji obyektlərindən birinin zədələndiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin