Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Hazırda oxunan: Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

641226

Moldova Ukraynadakı humanitar vəziyyətin kəskin pisləşəcəyi təqdirdə bu qış yeni ukraynalı qaçqın axınını qəbul etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.

O qeyd edib ki, ölkə təhlükəsizliyə ehtiyacı olan insanlar üçün imkanları daxilində sığınacaq təmin edəcək.

Sandunun sözlərinə görə, müharibə başlayandan indiyədək 1 milyondan çox ukraynalı Moldovadan keçib, onların təxminən 100 mini isə ölkədə qalaraq yaşamağa davam edir.

Moldova hakimiyyəti, həmçinin Ukraynaya logistika və enerji sahəsində dəstək göstərməyə hazırlaşır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin