Komitə sədri: “Azərbaycanın dünyəvilik modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

Hazırda oxunan: Komitə sədri: “Azərbaycanın dünyəvilik modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”

641258

“Azərbaycanın dünyəvilik modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, eyni zamanda dünyəvi dəyərləri qoruyur. 
 

"O, bayrağı işğaldan azad edilmiş torpaqlara sancan Azərbaycan gəncidir. Komitə gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsi istiqamətində qurumlarla əməkdaşlıq edir. Keçirəcəyimiz tədbirlərdə əsas məqsədimiz gəncin yalnız sağlam böyüməsini deyil, dini etiqadını sərbəst yaşamasını, ailə dəyərlərini qorumasını, dövlətin rifahına xidmət edəcək və dünyaya töhfələr verəcək bir şəxsiyyət kimi formalaşmasını təmin etməkdir.


Bu müzakirənin əhatəsi yalnız gənc nəslin milli-mənəvi dəyərləri ilə məhdudlaşmır, həm də gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər üzərində bərqərar olacağını ehtiva edir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin