Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Hazırda oxunan: Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

641194

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella “Adana Demirspor”un ona olan 330 min avro borcundan imtina edib.

Bizim.Media xəbər verir ki, klubun məlumatına görə, İtaliyalı mütəxəssis komandanı 2021-2023-cü illərdə çalışdırdığı dövrdən qalan məbləği tələb etməyəcəyini bildirib.
 

Sentyabrın 5-də “Adana Demirspor” rəhbərliyi ilə görüşən Montella borcundan imtina edəcəyini açıqlayıb. Milli komandaların oyunları üçün fasilə başa çatdıqdan sonra isə o, qərarını klub rəhbərliyinə rəsmi şəkildə çatdırıb.


“Adana Demirspor” Montellaya bu jestinə görə təşəkkür edib və onun qərarını klubun maliyyə öhdəliklərinin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin