Əməkdar artist Elza Seyidcahanın tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Elza Seyidcahan Araz FM-də yayımlanan "Kəşf et" verilişinə açıqlamasında ona dəyən mənəvi ziyana görə təzminat verilməsi haqda bunları deyib:
"Tək Rəşid Mahmudovu məhkəməyə verməmişdim. Kimlər ki, sənətkarı təhqir ediblər, qanunları pozublar onların işi məhkəmədədir. Mənə təzminat verilib. Onun səhv etdiyi sübut olundu.
Neçə illərdir gənclərə tərbiyə verən bir müəllim Azərbaycan qadınlarına, sənətkarlarına dəfələrlə təhqiramiz sözlər yağdırırsa, özünü və ailəsini tərifləyirsə, bizə qoyduğu adı özlərində axtarsa, yaxşı olar. Çünki biz özümüzü tərifləmirik.
Xalq artisti İlhamə Quliyeva indi həyatda yoxdur. Başqa sənətçiləri də dəfələrlə təhqirlə, alçaldılmış şəkildə müzakirəyə qoyan bir insan əlbəttə ki, məhkəmədə bu cavabı almalı idi.
Mənə elə gəlir ki, bundan da kəskin cavab olmalı idi. Yenə də hakimlərimizin cavabına hörmətlə yanaşıram". (axsam.az)
Bizim.Media





























































































