ABŞ-nin İsraildəki səfirliyi regionda olan Amerika vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi riskinin yüksək olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, diplomatik missiyanın saytında yerləşdirilən müraciətdə aviareyslərın kütləvi ləğvi, hava məkanının bağlanması və nəqliyyat infrastrukturunun işində ciddi axsamaların olacağı ehtimalı ilə bağlı maksimum ehtiyatlı olmaq tövsiyə edilib.
Bu xəbərdarlıq birbaşa Yəməndəki vəziyyətin gərginləşməsi ilə əlaqəlidir.
Belə ki, İran tərəfindən dəstəklənən "Ənsar Allah" (husilər) hərəkatı Yəmənin rəsmi hakimiyyəti və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə silahlı qarşıdurmanı davam etdirir. Amerikalıların xüsusi narahatlığına səbəb olan məqam isə hazırki mərhələdə zərbələrin mülki aeroportlara və kritik infrastruktur obyektlərinə endirilməsidir ki, bu da hərbi əməliyyatların sürətlə kəskinləşməsi təhlükəsini yaradır.
Xəbərdarlıqlara baxmayaraq, ABŞ-nin Qüdsdəki səfirliyi və Təl-Əvivdəki konsulluq şöbəsi diplomatik missiyaların ştat rejimində fəaliyyətini davam etdirdiyini və vətəndaşlara tam həcmdə konsulluq xidmətləri göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Yəməndə husilər və Ər-Riyad tərəfindən dəstəklənən hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ilin avqustundan bəri davam edir. Bu il vəziyyət daha kəskin xarakter alıb: iyulda qiyamçılar Səudiyyə Ərəbistanına dəniz blokadası elan edərək bir neçə neft tankerinə hücum ediblər.
Avqustun əvvəlində "Ənsar Allah" ölkənin cənub-qərbində hücuma keçib, sentyabrın 10-11-də isə strateji əhəmiyyətli Moxa liman şəhərini və Bab əl-Məndəb boğazına bitişik əraziləri nəzarətə götürüb. Sentyabrın 28-də isə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti husilərə qarşı mübarizə üçün ümumi səfərbərlik elan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:34 / 09.10.2026
“Hücumlara hazır olun, ehtiyat toplayın”
Hazırda oxunan: “Hücumlara hazır olun, ehtiyat toplayın”
Hazırda oxunan: “Hücumlara hazır olun, ehtiyat toplayın”
641229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































